Ukrayna hərbçilərindən bu avadanlığın alınması üçün ÇAĞIRIŞ VİDEO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna hərbçiləri gecə saatlarında artan hücumlar fonunda termal müşahidə avadanlığı və enerji sistemlərinə təcili ehtiyac olduğunu bildiriblər.
Bizim.Media xəbər verir ki, yayılan müraciətdə bildirilib ki, Rusiya qüvvələri gecə vaxtı hücum taktikasını intensivləşdirib.
Ön xətdə xidmət edən hərbçilərin qaranlıq şəraitdə müşahidə imkanlarının məhdud olduğu vurğulanıb.
Qeyd olunub ki, Mavic 3T termal kameralı pilotsuz uçuş aparatı insan bədəninin istiliyini kolların, ağacların və tam qaranlığın içindən belə aşkar edə bilir. Bu isə düşmənin mövqelərə yaxınlaşmadan əvvəl müəyyən edilərək zərərsizləşdirilməsinə imkan yaradır.
Müraciətdə həmçinin EcoFlow tipli daşına bilən enerji sisteminin döyüş şəraitində avadanlıqların fasiləsiz işləməsi üçün vacib olduğu qeyd edilərək, bu məqsədlə təcili ianə kampaniyasına dəstək çağırışı edilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 28 İyul 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















