Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin yeni rəhbəri məlum olub
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin (GUR) rəhbəri postuna Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəisi Oleq İvaşenkonu təyin edib.
APA “UNIAN”a istinadən xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” hesabında məlumat verib.
“Bu gündən etibarən, Oleq İvaşenko ölkəmizə xidmət etmək Rusiyanın hərbi potensialını məhdudlaşdırmaq üçün tapşırıqları Ukrayna hərbi kəşfiyyatı mövqelərində yerinə yetirəcək”, - Zelenski qeyd edib.
O bildirib ki, Ukrayna Rusiyanın iqtisadi potensialını hədəfə almağa davam edəcək.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin (GUR) rəhbəri vəzifəsini Kiril Budanov icra edirdi.
Budanov Zelenskinin təklifini qəbul edərək Ukrayna Prezident Ofisinin rəhbəri təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 02 Yanvar 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















