Icma.az
close
up
RU
Ukrayna ilə bağlı ən ağrılı ssenari Tramp Zelenskiyə deyib ki...

Ukrayna ilə bağlı ən ağrılı ssenari Tramp Zelenskiyə deyib ki...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Alyaska görüşünə qədər və hətta ondan sonra da ABŞ və Rusiya prezidentləri arasında telefon danışıqları olub və bu, Ukrayna böhranın həllini təmin etməyib”.

Bu sözləri Globalinfo.az-a politoloq Yusif Bağırzadə ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacağına dair bəyanatını şərh edərkən deyib.

O bildirib ki, növbəti danışıqlardan da qeyri-adi nəsə gözləməyə dəyməz:

“Ukrayna Prezidenti Zelenski maraqlı bir açıqlama ilə çıxış etdi. Tramp ona bildirib ki, Putin Donbası 3-4 ay ərzində tamamilə tutacağını deyib. Zelenski bu bəyanatı onu deməyə əsas verir ki, Rusiya faktiki olaraq Trampdan vaxt istəyib. Yəni əgər Ukrayna Donbasdan imtina etməyə hazır deyilsə, o zaman biz Donbası tutaq və ondan sonra müharibəni dayandıraq. Trampın keçən dövr ərzində dəfələrlə vaxt qoymasına baxmayaraq Rusiyaya qarşı qəti addımlar atmaqdan yayınması, uzun müddətdir haqqında danışılan ikinci dərəcəli sanksiyaları təsdiqləməməsi də bu ehtimalları gücləndirir”.

Politoloq qeyd edib ki, Tramp Putinlə bu həftə, ya da gələn həftə danışa biləcəyini deməklə Rusiyaya əlavə vaxt verir:

“O, Aİ ölkələrinə də Rusiya ilə bağlı şərt qoyub: ABŞ o zaman konkret addımlar atacaq ki, Avropa İttifaqı Rusiyanın ticarət tərəfdaşları Çin və Hindistana 100 faizlik tariflər tətbiq etsin. Avropa İttifaqı daxilində hələ də sanksiyalara baxmayaraq Rusiya ilə ticari münasibətləri davam etdirən ölkələrin olduğunu və bu baxımdan Moskvanın ticarət tərəfdaşlarına kütləvi rüsumlar tətbiq edilməsində yekdil qərar qəbul etməyin mümkün olmayacağını bilə-bilə belə təkliflə çıxış etmək də əslində Kremlə təzyiqlər göstərilməməsinin məsuliyyətini Avropa İttifaqının üzərinə yıxmağa hesablanıb.

Yusif Bağırzadə

Buradan o nəticə çıxır ki, ABŞ sadəcə danışıqlar prosesindən çıxmaq üçün yollar axtarır və bunu elə etmək istəyir ki, məsuliyyət başqalarının üzərinə düşsün. Biz artıq ABŞ rəsmilərinin “Rusiya və Ukrayna müharibənin dayandırılmasına hazır deyillər” bəyanatlarını eşitmişik. İndi bu siyahıya Avropa İttifaqını da əlavə etməklə kənara çəkilmək və müharibənin bütün yükünü bu təşkilata yükləmək istəyi müşahidə olunur”.

Y.Bağırzadə bildirib ki, Rusiya ilə hər hansı danışığın fayda verməyəcəyi məlum olduğu üçün Tramp da Putinlə yenidən danışmağa tələsmir:

“Ukrayna böhranının həlli və Rusiya tərəfinin güzəştlərə məcbur edilməsinin yolu isə danışıqlar yox, sərt sanksiya tədbirləri və ən azından Şimali Koreya kimi müttəfiqlik nümayiş etdirməkdən keçir. Bu yoxdursa, demək ki, sülhün yaxın vaxtlarda əldə olunması da mümkün deyil”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri