Ukrayna ilə danışıqların Bakıda keçirilməsi ideyasına Moskvadan REAKSİYA ÖZƏL
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Həm Moskva, həm də Kiyevlə münasibətlərin qorunub saxlanılması Azərbaycanın balanslı xarici siyasət kursunun göstəricisidir. Azərbaycanı hansısa tərəfin maraqları naminə seçim etməyə məcbur etmək nə ədalətli, nə də doğru yanaşma olardı”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiyanın Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev deyib.
Ukrayna liderinin Azərbaycana səfərini şərh edən analitik, rəsmi Bakının Rusiya və Ukrayna arasında ən uyğun danışıqlar məkanı olduğuna diqqət çəkib:
“Rusiyalı politoloq kimi şəxsi fikrimi bildirsəm, Prezident İlham Əliyevin postsovet məkanında sabitlik və münasibətlərin normallaşmasına yönəlmiş siyasətini nəzərə alaraq, Moskvanı Bakı kimi bir danışıqlar platforması qane edə bilər. Bu, sülh danışıqları kontekstinə və geniş beynəlxalq iştirakla aparıla biləcək müsbət dialoq prosesinə uyğun görünür. Burada Avropa ölkələri və ABŞ kimi böyük aktorların iştirakı da mümkün ola bilər”.
Rubayev qeyd edib ki, danışıqlar üçün müəyyən çətinliklər qalmaqdadır. Buradakı ən böyük gərginlik ziddiyyətlərin olmasıdır:
“Moskvanın rəsmi mövqeyi uzun müddətdir Ukraynanın indiki rəhbərliyinə qarşı olduqca sərt ittihamlarla müşayiət olunur. Bu səbəbdən də həmin tərəflə danışıqlara başlamaq müəyyən siyasi və ictimai ziddiyyət yarada bilər. Əvvəlcədən elan olunmuş məqsədlər həll edilmədən masa arxasına keçilməsi Rusiya cəmiyyətində çoxsaylı suallar doğura bilər”.
Eyni zamanda qeyd olunur ki, sülh sazişi üçün bir neçə mümkün ssenari mövcuddur:
“Müharibə meydanında Rusiyanın üstün nəticə əldə etməsi və bunu daxili auditoriyaya böyük qələbə kimi təqdim etməsi mümkün ssenari kimi göstərilir. Bu halda da sonradan danışıqlar üçün yeni siyasi şəraitin formalaşa biləcəyi vurğulanır. Hesab edirəm ki, hazırkı mərhələdə və mövcud rəhbərliklər fonunda birbaşa danışıqlar prosesi olduqca mürəkkəb görünür. Fikrimcə, indiki şəraitdə tərəflər arasında real və nəticəyönümlü təmasların başlanması çətin məsələ olaraq qalır”, - deyə A.Rubayev bildirib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 25-də Qəbələdə, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib.
Tehran Orucoğlu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 27 Aprel 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















