Ukrayna ilə müharibə davam etdiyi dönəmdə Rusiyada daxili islahatların tətbiq edilməsi real görünmür
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya son vaxtlar ciddi bir savaş aparmasına rəğmən, həm də yeni dünya düzəninə dair müəyyən konsepsiyalara müəlliflik edir.
Əli Mustafa
“Sirr deyir ki, bu gün Kremlin özünün də qüllələri, yəni müxtəlif güc mərkəzləri yeni dünya düzənində Rusiyanın rolu ilə bağlı fərqli düşüncələr və mövqelər ortaya qoya bilər. Hətta indiki savaşa da münasibətdə fərqli yanaşmalar var. Amma Putinin bu müharibəni israrla istəməsini nəzərə alaraq, ola bilsin ki, qorxurlar. İndi səslərini çıxartmırlar. Yəni Rusiya-Ukrayna savaşının dayandırılması ilə bağlı belə prinsipial mövqe qoymurlar. Amma Rusiyanın gələcəyi, Rusiyanın yeni idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı fikirlər irəli sürürlər”-deyən politoloq qeyd edib ki, Dmitri Kozakın belə bir təklifi olduğu qeyd olunur, hətta bəzi iddialara görə, o, Rusiyanın gələcək prezidenti də ola bilər.
“Bu təkliflər indi də gündəmə gələ bilər, amma müharibə apardığı təqdirdə Rusiya çətin ki, islahatlar etsin. Yəqin ki, daha çox müharibədən sonrakı və yaxud yeni dünya düzəni quruculuğu dönəmindəki Rusiyadakı islahatlardan söhbət gedir. Əlbəttə, burada yalnız xalqın etirazı fonunda deyil, ümumiyyətlə, Rusiyanın siyasi hakimiyyətində olan müəyyən "beyin mərkəzləri" düşünürlər ki, hər halda Rusiya yeni dünya üzərində necə olmalıdır, onların yeri harada olmalıdır, nələrə sahib olmalıdırlar, nələri dəyişməlidirlər, nələri yeniləşdirməlidirlər? Yəni bu baxımdan mümkündür ki, Kozak yeni Rusiya dövləti və yaxud da yeni Rusiya imperiyası ilə bağlı öz baxışlarını açıqlayıb. Təbii ki, bu da onun şəxsi mövqeyi deyil. Kozak həmin Kreml qüllələrindən hansısa birinin mövqeyini sərgiləyib”-deyən politoloq hesab edir ki, müharibənin davam etdiyi şəraitdə bu ideyaların islahata çevrilməsi reallaşması mümkün olmayacaq.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 Dekabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















