Icma.az
close
up
RU
Ukrayna ilə müharibənin davam etdiyi ərəfədə NATO ilə müharibə Rusiya üçün arzuolunmazdır

Ukrayna ilə müharibənin davam etdiyi ərəfədə NATO ilə müharibə Rusiya üçün arzuolunmazdır

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

NATO-nun baş katibi Mark Rutte CBS telekanalına müsahibəsində bildirib ki, alyans ölkələri bir ildə Rusiyanın üç ayda istehsal etdiyi qədər sursat istehsal edir. Eyni zamanda, onun sözlərinə görə, Rusiya NATO iqtisadiyyatının cəmi 5%-ni təşkil edir. "Biz Rusiyadan, NATO-nun ümumi iqtisadiyyatından 20 dəfə böyükük və Rusiya bütün NATO-nun bir ildə istehsal etdiyi sursatdan dörd dəfə çox sursat istehsal edir. Bu, tam dəlilikdir"-deyə Rutte bildirib. Bir müddət əvvəl İrlandiyalı jurnalist Çay Bouz daha əvvəl iddia etmişdi ki, Rusiya bütün NATO ölkələrinin birləşməsindən daha çox silah istehsal edir.Rusiya ilə toqquşma, münaqişə, müharibə edən və ya etmək ehtimalı olan ölkələri NATO bu vəziyyətdə necə qoruya bilər ki?!

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində, əlbəttə ki, bu gün bütün iqtisadi və hərbi imkanlarına görə NATO-nun gücü Rusiyadan dəfələrlə çoxdur.

Tural İsmayılov

“NATO baş katibi Ruttenin də vurğuladığı kimi, Rusiya silah istehsalı mövzusunda təkbaşına NATO-dan daha çox silah-sursat istehsal edir və bu da onu göstərir ki, burada əsas faktor iqtisadi güc deyil. Yəni hərbi sənaye məhsullarının istehsalında ortaq yanaşmalar olmalıdır. NATO-nun daxilində ortaq sənaye məhsullarının istehsalı və bunun NATO üçün əhəmiyyəti, birgə təşviqi mövzusunda çox ciddi problemlər mövcuddur. Eyni zamanda bu gün bir çox ölkələr yaxşı fərqindədir ki, Rusiya ilə baş verəcək istənilən qarşıdurma fonunda NATO-nun qoruyucu çətirinin effektivliyi özü ciddi sual altındadır. Yəni, sabah Rusiya ilə hansısa bir ciddi toqquşma olsa, hansısa bir NATO ölkəsinin, bütövlükdə NATO kollektiv şəkildə bu toqquşmanın qarşısını almaq üçün Rusiyaya effektiv təsirlər və təzyiqlər edə biləcəkmi?

Hazırda NATO-nu əsas düşündürən və narahat edən məqamların başında bu fakt dayanır və digər bir tərəfdən Rusiya-NATO qarşıdurmasının özü NATO üçün arzuolunmaz olduğu qədər Rusiya üçün də arzuolunmazdır. Rusiya Ukraynadan və Gürcüstandan fərqli olaraq, xüsusilə Ukrayna müharibəsinin hələ də davam etdiyi və yaxud yaxın gələcəkdə yekunlaşdığı bir müddətdə yenidən NATO ilə müharibəyə getməyəcək. Müharibə ehtimalları olsa belə, bunun birmənalı şəkildə NATO və yaxud Rusiyanın qələbəsi ilə yekunlaşacağını qiymətləndirmək də çətindir. Çünki qüvvələr nisbəti döyüşlərdə effektiv üsul vasitələrdən biri olsa da, real döyüş əməliyyatlarında tərəflərin özünü necə göstərəcəyi də ciddi sual doğuran bir məsələdir”-deyə Tural İsmayılov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Aprel 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri