Icma.az
close
up
RU
Ukrayna kəşfiyyatı adından Azərbaycanla bağlı saxta “hesabat” KONKRET

Ukrayna kəşfiyyatı adından Azərbaycanla bağlı saxta “hesabat” KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu, Ukrayna-Azərbaycan münasibətlərini pisləşdirmək məqsədi daşıyır ki, bu da ilk növbədə işğalçı dövlət Rusiya üçün faydalıdır”

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Azərbaycanla bağlı məlumat yayıb.

KONKRET.az Musavat.com-a istinadən bildirilir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yadığı məlumatda iddia olunur ki, Rusiya Kiyevin Azərbaycanla münasibətlərini korlamağa çalışır.

Qeyd olunur ki, guya Ukrayna hərbi kəşfiyyatı Azərbaycanla Ermənistan arasında silahlı münaqişənin başlamasına   yaratmağa çalışdığı haqda saxta məlumatlar yayılır. Ukrayna kəşfiyyatı iddia edir ki, bu dezinformasiya Ermənistanın  “Telegram” kanalları vasitəsilə aktiv şəkildə tirajlanır.  Xüsusilə iki ölkə arasında yeni müharibənin Rusiyanı “ikinci cəbhə” açmağa məcbur edəcəyi və bunun Ukraynaya fayda gətirəcəyi iddia edilir.

Bu feyk məlumatların əsasını guya Ukrayna Müdafiə Nazirinin müavini İvan Qavrilyukanın  hazırladığı  “hesabat” təşkil edir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bəyanatında qeyd olunur ki, yayılmış saxta hesabatda    belə çoxsaylı səhvlər var ki,  bu da onun rəsmi sənəd olduğuna şübhələr yaradır. Bundan əlavə,  yayılmış hesabat Ukraynada sənədlərin rəsmi qeydiyyatı tələblərinə qətiyyən cavab vermir.

“Bu  saxta məlumatların  yayılmasında məqsəd Ukraynanı nüfuzdan salmaq və Ukrayna-Ermənistan və Ukrayna-Azərbaycan münasibətlərini pisləşdirmək məqsədi daşıyır ki, bu da ilk növbədə işğalçı dövlət Rusiya üçün faydalıdır”, – deyə, Baş Kəşfiyyat İdarəsinin  xəbərdarlıqda vurğulanır.

 Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə aşağıdakı vəzifələr həvalə edilib:

“Ukraynanın kəşfiyyat orqanları haqqında” Ukrayna Qanunu ilə müəyyən edilmiş kəşfiyyat məlumatlarının əldə edilməsi, analitik işlənməsi və dövlət orqanlarına təqdim edilməsi;

Ukraynanın iqtisadi, siyasi, hərbi, hərbi-texniki, ekoloji və informasiya sahələrində milli maraqlarının və dövlət siyasətinin dəstəklənməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadi və elmi-texniki inkişafı, dövlət sərhədinin mühafizəsi və təhlükəsizliyinə yönəlmiş xüsusi tədbirlərin həyata keçirilməsi;

qanunvericiliklə müəyyən edilmiş qaydada terrorizmə, beynəlxalq mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qanunsuz silah ticarətinə və onun hazırlanması texnologiyasına, qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə iştirak;

Ukraynanın xaricdəki qurumlarının fəaliyyətinin təhlükəsizliyinin, onların əməkdaşlarının və onların qəbul edən ölkədəki ailə üzvlərinin, habelə Ukraynadan kənarda ezam olunmuş və dövlət sirri olan məlumatlarla tanış olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi.

2020-ci ilin avqustundan bu idarəyə Kirill Budanov rəhbərlik edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Mart 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri