Ukrayna kəşfiyyatı Moskva vilayətindəki neft məhsulları kəmərini partladıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın Moskva vilayətində, Ramensk rayonu ərazisində yerləşən “Koltsevoy” neft məhsulları boru kəməri partladılıb.
APA xəbər verir ki, bu haqda məlumatı və əməliyyatın video görüntüsünü Ukraynanın Baş Kəşfiyyat İdarəsi yayıb.
Verilən məlumata görə, həmin obyekt Rusiya ordusunu yanacaqla təmin edirdi.
Əməliyyat nəticəsində benzin, dizel və aviasiya yanacağı nəql edən kəmərin bütün üç xətti sıradan çıxarılıb.
Məlumatda qeyd olunur ki, neft məhsulları boru kəməri təxminən 400 kilometr uzunluğa malikdir və yanacağı Ryazan, Nijni Novqorod və Moskva neft emalı zavodlarından Rusiya ordusuna çatdırır.
Kəmər üzrə illik nəql gücü 3 milyon ton aviasiya yanacağı, 2,8 milyon ton dizel və 1,6 milyon ton benzin təşkil edir.
Məlumatda kəmərin hazırda istifadəyə yararsız vəziyyətdə olduğunu bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 01 Noyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















