Ukrayna kəşfiyyatından rus hərbçilərə rüşvət təklifi: 1 milyon dollar FTX HƏRƏKƏTƏ KEÇDİ
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
Ukrayna kəşfiyyatı Rusiya hərbçilərinə Donetskin Qorlovkadakı mövqelərini tərk etmələri üçün 1 milyon dollar vəd edib. Lakin bu plan Rusiya əks-kəşfiyyatı tərəfindən pozulub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Xidmətin məlumatına görə, Rusiya xüsusi xidmətinin əməkdaşları Ukrayna ordusunun bölmələrinin cəmləşdiyi yeri müəyyənləşdirib. Onlara güclü zərbə vurulub. Baş Kəşfiyyat İdarəsindən alınan pul isə indi rus əsgərləri üçün lazımi avadanlıqların alınmasına sərf olunacaq.
Qeyd edək ki, Ukrayna qoşunları mütəmadi olaraq müxtəlif üsullarla, o cümlədən PUA-lar vasitəsilə Rusiyanın sərhəd rayonlarını, xüsusən Belqorod, Bryansk, Kursk və Voronej vilayətlərini atəşə tutur.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb.
Adəm
Baxış sayı:75
Bu xəbər 15 Yanvar 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















