Ukrayna klubuna məxsus olan futbolçu Azərbaycanda qalacaq? özü açıqladı
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Sumqayıt"da icarə əsasında çıxış edən Emil Mustafayevin yeni mövsümə də bu klubda başlayıb-başlamayacağı hələ ki dəqiq deyil.
Azərbaycan millisinin də formasını geyinmiş 24 yaşlı futbolçu müqavilə ilə Ukraynanın "Polessye" klubuna məxsusdur. Onun Jitomir təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Mustafayev Sportal.az saytına açıqlamasında "Sumqayıt"da qalmaq ehtimalı haqda və bu klubdakı performansından danışıb: "Mənim üçün öz performansımı dəyərləndirmək çətindir. Həm də doğru olmazdı. Meydandayamsa, komanda üçün ən yaxşısını etməyə çalışıram. Bu, hər zaman mənim üçün belədir. Yaxşı və ya pis olduğunu qoy ekspertlər, jurnalistlər, azarkeşlər desin. Mən sadəcə meydana çıxaraq öz işimi görürəm.
Bəli, "Sumqayıt"la icarə müqaviləm baça çatır. Amma hələ ki heç nə bilmirəm. Bir şey deyə bilməyəcəm. Çünki "Polessye" ilə hələ bir illik müqaviləm var. Baxacağıq, fikirləşəcəyik. Necə olacağını zaman göstərəcək. Hələ ki mövsümün son iki oyununa fokuslanmışam".
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 May 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















