Ukrayna Kurskda KXDR ordusunun bir generalını yaralayıb və bir neçə zabitini öldürüb
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kursk vilayətinin Maryino yaşayış məntəqəsində sanatoriyaya hücum nəticəsində Şimali koreyalı general yaralanıb. Şimali Koreya (KXDR) ordusunun daha bir neçə zabiti həlak olub.
Bu barədə Qaynarinfo "Financial Times”a istinadən xəbər verir.
Nəşrin mənbəsinin sözlərinə görə, Maryinoya edilən hücum son bir həftə ərzində Kursk vilayətində Şimali koreyalılara qarşı yönəlmiş hücumlardan biridir. Onun sözlərinə görə, Ukrayna qüvvələri koreyalıların dislokasiya yerlərini axtarırdılar, çünki ruslar onları səpələyiblər.
"Financial Times”ın məlumatına görə, Şimali koreyalı generalın kimliyi açıqlanmayıb. Lakin əvvəllər məlum olub ki, Şimali Koreya "Fırtına Korpusu”nun xüsusi təyinatlı bölmələrinə nəzarət etmək üçün general-polkovnik Kim Çen Boku göndərib.
Onun Maryinoda yaralandığını təsdiqləmək mümkün deyil.
Nizami Bağırov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 27 Noyabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















