Icma.az
close
up
RU
Ukrayna Kurskdan çıxa bilər “Bu, pis nəticələr verəcək”

Ukrayna Kurskdan çıxa bilər “Bu, pis nəticələr verəcək”

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Kursk platsdarmında vəziyyət Ukrayna Müdafiə Qüvvələri üçün ağırdır. Ruslar bizə hər tərəfdən təzyiq göstərməklə kifayətlənmir, həm də mühasirə vəziyyəti yaratmağa çalışırlar”.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Ali Radasının Müdafiə Komitəsinin katibi Roman Kostenko “Azadlıq” radiosunun efirində deyib.

"Mən bildiyim odur ki, hazırda bu şərtlər (mühasirə üçün-red.) yoxdur və düşmən sadəcə olaraq bizi sıxışdırmağa çalışır. Əsgərlərimiz döyüşür. Əgər söhbət onların oradan çıxa biləcəyindən gedirsə, bəli, vəziyyət bu cür inkişaf etsə, ola bilər. Nə qərar veriləcək – oraya ehtiyatlar göndəriləcək, yoxsa bir az sonra geri çəkilməyə qərar veriləcək, bunu bir qədər sonra, aktiv faza nisbətən dayananda görəcəyik” –deyə, o, bildirib.

O qeyd edib ki, rusların Kurskdakı uğuru çətin ki, ABŞ-dən kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılması ilə bağlı olsun. Deputatın sözlərinə görə, bu halda söhbət məlumatların taktiki səviyyəsindən gedir.

"Bu səviyyədə Ukrayna Silahlı Qüvvələri pilotsuz təyyarələrin köməyi ilə daha çox kəşfiyyat məlumatları əldə edir. Bəli, orada müəyyən məlumatlar var. Amma biz bunu almadığımız üçün “kor qaldığımızı” deyə bilmərəm. Bir sıra amillər var. Birincisi, düşmənin orada qüvvə və resursları üstünlük təşkil edir. Əgər əvvəllər düşmənin əsas prioriteti Pokrovsk idisə, indi bu, dəyişib”, - Kostenko əlavə edib.

Bununla yanaşı, deputat Ukrayna qüvvələrinin Kurskdan çıxarılmasının ciddi risklər yaratdığını deyib: "Hesab edirəm ki, bu, pis nəticələrə gətirib çıxara bilər. Axı biz hələ də bu istiqamətdə düşmənin böyük ehtiyatlarını özümüzə cəlb edib saxlayırıq”.

Onun dediyinə görə, Ukrayna Kurskdan çıxsa, rus qoşunları oradakı qüvvələrini ağır döyüşlər gedən digər istiqamətlərə ata, ya da elə burada hücumu davam etdirərək, Sumı vilayətinin ərazilərini işğal edə bilər.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Mart 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri