Ukrayna lideri yeni qərar qəbul edib
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hava həyəcanı siqnallarının təhlükə dərəcəsinə görə qruplaşdırılacağını bəyan edib.
XQ xəbər verir ki, bu barədə Ukrayna lideri öz rəsmi "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, mövcud təhlükə barədə xəbərdarlıq sistemləri tamamilə yenilənəcək və iki fərqli təhlükə səviyyəsi – sarı və qırmızı kodlar tətbiq olunacaq. Baş Qərargah, Hərbi Hava Qüvvələri, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və xilasedicilər hər həftə hansı göstəricilərin bu səviyyələrə uyğun gələcəyini müəyyən edəcəklər.
İlkin plana əsasən, sarı səviyyə pilotsuz uçuş aparatlarının (dronların) aşkarlanması zamanı, qırmızı səviyyə isə ballistik raket təhlükəsi və kütləvi hava hücumları zamanı elan olunacaq. Eyni zamanda, təhlükənin rəng koduna uyğun olaraq hava həyəcanının səs siqnalları da tamamilə dəyişdiriləcək.
Zelenski sarı təhlükə səviyyəsi zamanı dövlət strukturlarının, biznesin və sosial obyektlərin fəaliyyətini davam etdirməsi üçün hökumətə konkret meyarlar müəyyən etməyi tapşırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 02 Sentyabr 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















