Icma.az
close
up
RU
Ukrayna Macarıstan gərginliyinin kökü Hun dövrünə qədər uzanır ŞƏRH

Ukrayna Macarıstan gərginliyinin kökü Hun dövrünə qədər uzanır ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Heydər Oğuz: “Zakarpatiya problemi münasibətləri partladan əsas səbəbdir”

“Avropada Macarıstanı Rusiyanın "troya atı" adlandırırlar”

Ukrayna prezidenti Volodimir Zelenski “Drujba” neft kəmərinin zədələnməsi ilə bağlı Rusiyanı ittiham edib. Bu məsələ ətrafında yaranan fikir ayrılığı isə Macarıstan ilə Ukrayna arasında onsuz da gərgin olan münasibətləri yenidən gündəmə gətirib. Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın neft blokadası və siyasi təzyiqinə qarşı sərt mövqe göstərib:

"Biz o qədər ehtiyat toplamışıq ki, Ukrayna hakimiyyəti Macarıstan seçkilərindən əvvəl xaos yarada bilməyəcək və Macarıstan iqtisadiyyatı neft blokadası yolu ilə diz çökdürülməyəcək”. Qeyd edək ki, 

Ukrayna ilə Macarıstan arasındakı ziddiyyətlər əsasən enerji təhlükəsizliyi, tranzit yolları və geosiyasi yaxınlaşmalar üzərində cəmləşir. Budapeştin Rusiya ilə strateji yaxınlaşması və Avropa İttifaqı daxilində bəzən fərqli mövqe tutması Kiyev ilə münasibətlərin gərginləşməsinə səbəb olur. Nəticədə, Orban–Zelenski dialoqu yalnız iki ölkə arasında deyil, həm də Mərkəzi Avropada enerji və təhlükəsizlik balansını əks etdirən geniş geosiyasi müstəvidə izlənilir.

Ukrayna ilə Macarıstan arasındakı soyuq münasibətlərin pərdəarxası məqamlarını şərh edən siyasi şərhçi Heydər Oğuz “Sherg.az”a açıqlamasında bildirib ki, Macarıstanla-Ukrayna arasında münasibətlər hər zaman enişli-yoxuşlu olub. Rusiya ilə müharibədən sonra isə bu gərginlik özünü daha qabarıq formada göstərir:

“Macarlarla Ukraynalılar arasında tarix boyu həm rəqabət, həm də ziddiyyətlər müşahidə olunub. Bu gərginliyin kökləri qədim dövrlərə, Hun dövrünə qədər gedib çıxır. Tarixi mənbələrə görə, indiki Ukrayna əraziləri əvvəllər müxtəlif türk tayfalarının, o cümlədən qıpçaqların məskunlaşdığı bölgələr olub. Slavyanların və digər xalqların basqıları nəticəsində bəzi tayfalar bu əraziləri tərk etməyə məcbur olub. Macarlar isə həmin dövrlərdə qərbə doğru köç edərək indiki Macarıstan ərazilərində məskunlaşıblar və özlərini Hunqari (Hunlardan gələn insan) adlandırıblar. Tarixi baxımdan, bu proses Macarların Ukrayna ərazilərinə dair müəyyən iddialarının formalaşmasına səbəb olub və iki xalq arasında uzunmüddətli ədavət və qarşılıqlı anlaşılmazlıqların mənbəyi kimi qiymətləndirilir”.

H. Oğuz qeyd edib ki, Ukrayna-Macarıstan münasibətlərindəki gərginliyin digər səbəbi Zakarkarpatiyadakı Macar etnik azlığının vəziyyətidir:

“1918-ci ilə qədər Ukraynanın qərbində yerləşən Zakarpatiya vilayəti, Karpat dağlarının arxası Macar Krallığının tərkibində olub.

Daha sonra Çexoslavakiyanın, Rusiyanın tərkibində olsa da, bu region ikinci Dünya Müharibəsinin sonunda Ukraynaya verilib. Hazırda da Ukraynanın tərkibindədir. Ziddiyətin bir səbəbi də məhz bu ərazilərdən qaynaqlanır. Həmin ərazilərdə yaşayan insanlar arasında da macarların sayı kifayət qədər çoxdur. 150-200 min Macar var və onların etnik problemləri, dil, mədəniyyət kimi məsələlər hər zaman Macarıstanı narahat edib. Budapeşt iddia edir ki, Ukraynanın dil və təhsil qanunları Macar etnik azlığının məktəblərdə və ictimai həyatda ana dilində təhsil almaq və istifadə etmək hüququnu məhdudlaşdırır. Macarıstan hökuməti bu tədbirləri azlıq hüquqlarının və beynəlxalq öhdəliklərin pozulması kimi dəyərləndirir. 

Eyni vəziyyət Dağıstanda da müşahidə olunur. Macarlar tarixən öz torpaqları hesab etdikləri Zakarpatiya məsələsini beynəlxalq təşkilatlar qarşısında qaldırırlar. Analitik baxımdan bu nümunə göstərir ki, gələcəkdə biz də Dağıstan məsələsini beynəlxalq diqqət mərkəzinə gətirə bilərik”.

Politoloqun sözlərinə görə, Macarıstanla Ukrayna arasında gərginlik yaradan digər məsələ isə Rusiyada yerləşən və Macarıstana xam neft təmin edən “Drujba” (Dostluq) neft kəmərinin bombalanmasıdır:

“Bilirsiniz ki, müharibədən əvvəl Rusiya qazı Macarıstana və digər Şərqi Avropa ölkələrinə məhz Ukrayna üzərindən gedirdi. "Drujba" neft kəməri üzrə nəql edilən qaz xətti Macarıstana, oradan Avstriyaya, daha sonra qərbi Avropa ölkələrinə qədər uzanırdı. Bununla da Macarıstanın həm qazı bol olurdu, həm də transit pulu alırdılar. Ukrayna ilə Rusiya arasında müharibə başlayandan sonra Ukrayna "Drujba" neft kəmərinin fəaliyyətini dayandırdı. Bu da macarların iqtisadi cəhətdən ziyanına oldu. Nəticədə onsuz da gərgin olan Ukrayna- Macarıstan münasibətləri daha da kəskinləşməyə başladı”. 

Macarıstanın Rusiya ilə uzunmüddətli tarixi əlaqələrini xatırladan Heydər Oğuz qeyd edib ki, yalnız Macarıstan deyil, digər Şərqi Avropa ölkələri də Rusiyanı xammal bazası kimi görür və bu əlaqələri qorumaq məqsədilə Rusiyaya qarşı sanksiyaları tam dəstəkləmirlər:

“Məqsəd isə Rusiyaya qarşı iqtisadi və ticarət əlaqələrini qoruyub saxlamaqdır. Hazırkı vəziyyətə görə, Ukrayna Prezidenti Volodimir Zelenski günahlandırılır; mövcud müharibə onların Rusiya ilə ticarət əlaqələrini məhdudlaşdırır. Macarıstanın baş naziri Orban xüsusilə Zelenskiyə qarşı sərt mövqe nümayiş etdirir və buna görə də Avropada Macarıstanı Rusiyanın “troya atı” adlandırırlar”. 

Siyasi şərhçi qeyd edib ki, ən mühüm səbəblərdən biri siyasi orientasiya məsələsidir. Onun sözlərinə görə, Avropa İttifaqı uzun müddətdir vahid federal dövlət qurmaq hədəfi ilə irəliləyir:

“Vahid valyuta, ortaq sərvətlər və vahid hərbi strukturlar yaradılması bu siyasətin əsas elementləridir. Bu mövzu bir neçə dəfə Fransa tərəfindən qaldırılıb və digər ölkələr tərəfindən də dəstəklənib. Faktiki olaraq, hazırkı siyasət Avropa İttifaqını vahid dövlətə çevirməyə doğru aparır. Macarıstan kimi milli dəyərlərə önəm verən ölkələr isə bu siyasəti qəbul etmir. Onlar hesab edirlər ki, vahid Avropa modeli macarların milli kimliyinin zəifləməsinə, assimilyasiyaya məruz qalmasına və siyasi iradələrinin itirilməsinə səbəb ola bilər. Macarıstan tam şəkildə Avropa İttifaqına müqavimət göstərə bilmir, çünki Avropa İttifaqının onlara ayırdığı kreditlər və maliyyə dəstəyi risk altına düşə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Fevral 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri