Icma.az
close
up
RU
Ukrayna Maskın Starlink rabitəsindən asılılığı ilə barışmalı olacaq

Ukrayna Maskın Starlink rabitəsindən asılılığı ilə barışmalı olacaq

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hələlik Ukrayna İlon Maskın Starlink peyk rabitəsindən asılılığı ilə barışmalı olacaq, çünki onu əvəz edə biləcək qısamüddətli alternativlər yoxdur.

Bizimyol.info xəbər verir ki, "Politico"nun yazdığına görə, Starlink əlaqəsi Ukraynanın Rusiyaya qarşı mübarizəsi üçün həyati əhəmiyyət kəsb edir, lakin Kiyevi daha əvvəl “onu söndürsəm, bütün cəbhə xətti dağılacaq” deyən Maskın mərhəmətinə buraxır. Bu riskin öhdəsindən gəlmək üçün Avropa İttifaqı Ukrayna üçün ehtiyat variantları axtarır və onlardan biri də Fransa-Britaniya operatoru "Eutelsat"dır.

Qəzetə verdiyi şərhdə, "Eutelsat"ın baş direktoru Eva Berneke qeyd etdi ki, "son bir neçə həftə hərbi və hökumət rabitəsini dəstəkləmək üçün bir çox mənbəyə ehtiyac olduğunu göstərdi". Eyni zamanda, o, etiraf etdi ki, bu gün Ukrayna üçün "Starlink"i əvəz edə biləcək heç bir alternativ variant yoxdur.

"Ukrayna və bütün vətəndaşlar üçün bütün ötürmə qabiliyyətini ələ keçirməli olsaydıq, bunu edə bilməzdik. Çox dürüst olaq", - deyə Berneke deyib.

Bununla belə, o qeyd etdi ki, "Eutelsat" "hökumətin bəzi kritik istifadə halları" üçün potensial təmin edə bilər.

"Politico"nun yazdığı kimi, "Starlink"in 7000 peyki "Eutelsat"ın 600 peykdən ibarət donanmasını və nisbətən daha böyük terminalları var. Maskın Ukrayna üzərindəki şəbəkə tutumu "Eutelsat"ın tutumundan 23-490 dəfə çoxdur.

Çətin ki, şirkət Ukraynada artıq 50 minə çatan "Starlink" terminallarının sayına yaxınlaşa bilsin.

Avropa "Starlink"i əvəz etmək istəyir. Bundan əvvəl "Reuters" yazıb ki, Almaniya bir ildən çoxdur ki, Ukraynanın Fransanın "Eutelsat" şirkəti tərəfindən idarə olunan peyk internet şəbəkəsinə çıxışını maliyyələşdirir.

O qeyd edib ki, hazırda Ukraynada istifadəçiləri "Eutelsat" şəbəkəsinə birləşdirən mindən az terminal var, lakin yaxın həftələrdə onların sayı 5-10 min arta bilər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Aprel 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri