Ukrayna məğlub olarsa, 20 milyon ukraynalı... Zelenski
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Ukrayna müharibədə məğlub olarsa, milyonlarla ukraynalının Avropa ölkələrinə üz tutacağı ehtimalı gündəmə gəlib. Eyni zamanda, Danimarka, İtaliya və Polşa Avropa İttifaqının (Aİ) qanunsuz miqrasiya ilə mübarizə siyasətinin sərtləşdirilməsini təklif edib.
"Bakupost" KONKRET.az-a istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa Şurasının iclasından sonra keçirilən mətbuat konfransında ölkəsinin məğlubiyyətinin mümkün nəticələrindən danışıb.
“Biz məğlub olsaq, nə baş verəcək? Bilmirəm, bəlkə də 20 milyon ukraynalı Avropaya gələcək”, – deyə Zelenski bildirib. Onun sözlərini “Adnkronos” agentliyi yayıb.
“Politico” nəşrinin üç Aİ diplomatı və sammitin yekun sənədinin layihəsinə istinadən yaydığı məlumata görə, Danimarka, İtaliya və Polşa isə qanunsuz miqrasiya məsələsində Aİ-nin mövqeyinin sərtləşdirilməsini istəyir.
Sənəd layihəsində miqrasiyanın bir çox avropalı üçün narahatlıq doğurduğu, cəmiyyətlərin birliyinə çağırış yaratdığı və cinayətkarlıq səviyyəsinə mənfi təsir göstərdiyi qeyd olunur.
Layihədə qanunsuz miqrasiya hallarına tam nəzarətin təmin edilməsi və qeyri-qanuni miqrasiyanı təşviq edə biləcək tədbirlərdən imtina olunması təklif edilir. Həmçinin Avropa Komissiyasına Aİ ölkələrinin qonşu dövlətlərə təsir göstərə biləcək milli qərarlarını əlaqələndirmək üçün məsləhətləşmə mexanizmini nəzərdən keçirmək tövsiyə olunur.
“Politico”nun həmsöhbətlərindən biri təklif olunan müddəaların Aİ liderləri tərəfindən yekdilliklə dəstəklənməsi ehtimalının aşağı olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 17 Oktyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















