Icma.az
close
up
RU
Ukrayna məsələsində “tez razılaşma” gözləntiləri reallıqdan uzaqdır

Ukrayna məsələsində “tez razılaşma” gözləntiləri reallıqdan uzaqdır

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Dünyanın gözü bu gün Vaşinqtonda keçiriləcək Tramp-Zelenski görüşünə dikilib. Görüş ətrafında həm beynəlxalq, həm də regional miqyasda böyük gözləntilər var.

Niyyət nəyə hesablanırsa-hesablansın,  həqiqət budur ki, ABŞ prezidenti Donald Trampın Ukrayna-Rusiya müharibəsini “sürətlə həll” etmək istəyi dünya mediasında geniş müzakirə olunr və çıxacaq yekun qərar maraqla gözlənilir. Əslində isə liderlərin, xüsusən də Zelenskinin fevral ayında, Ukraynanı Trampın qarşısında necə müdafiə etdiyinə diqqət etdikdə,  bu görüşdən də  çıxacaq yekun razılaşmanın nə sadə, nə də birtərəfli qərarla mümkün olmayacagını dəqiq söyləmək mumkündür.

Ukrayna prezidenti bu dəfə də ərazi güzəştlərinə qəti etiraz edəcək və edir də. Zelenski dəfələrlə bildirib ki, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri danışıqlar mövzusu deyil və heç bir torpaq parçası güzəştə gedilməycək.  O cümlədən dünya medisının yazdığına görə , Putinin Trampdan istədiyi Krım və Donbass da.

Bu isə o deməkdir ki, görüş kifayət qədər gərgin olacaq. Məhz bu səbəbdən Zelenski Trampla görüşə daha tədbirli gedir.

Birincisi, Zelenski çalışacaq ki, Rusiya ilə atəşkəs deyil, Kiyev üçün əsas məsələnin gələcəkdə Moskvanın yenidən hücum etməsinin qarşısını ala biləcək real mexanizmləri işlənilsin. Ukrayna NATO səviyyəsində “qarantiya paketi” tələb etməklə istəyir ki, ölkəsinin təhlükəsizlik zəmanətini almış olsun.

İkincisi, Zelenski Vaşinqtona tək getmir, O Fransa, Almaniya, Böyük Britaniya və digər Avropa Komissiyasının liderləri və NATO baş katibinin müşayyəti ilə gedir. Bu tərtibatın özü deməyə əsas verir ki, Ukraynanın mövqeyinə dəstək nümayiş etdirməklə Vaşinqtona gedən liderlər Trampa həm xaricdə, həm də daxildə təzyiq balansı yaradacaq.

Gəlinən nəticə isə budur ki,  Ukrayna məsələsində “tez razılaşma” gözləntiləri reallıqdan çox uzaqdır. Zelenski dövlətinin ərazi bütövlüyünü müdafiə etməkdə israrlıdir və Avropanın dəstəyi ilə öz mövqeyini gücləndirir.

Tramp isə sülh planı təqdim etməyə çalışsa da, hələlik konkret nəticə əldə olunmayıb. Əksinə Trampın  Putinlə  yaxın mövqedə görünməsindən narahatlıq keçirən Avropa liderləri Kiyevin yanında dayanmaqla Ağ Evin sahibinə qarşı cəbhə yaratmiş oldqlarını gizlətmirlər.

Elçin Abdullayev

Bakıvaxtı.az üçün

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Avqust 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri