Ukrayna millisinin baş məşqçisi Azərbaycanla oyunlardan öncə: Çox vacib sınaq idi
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığmasının rəqibi olan Ukrayna milli komandasının baş məşqçisi Sergey Rebrov Torontoda Kanada (2:4) və Yeni Zelandiya (2:1) ilə keçirilən “Canaadian Shield Four Nations” turnirindəki çıxışını şərh edib.
Sportal.az xəbər verir ki, yerli federasiyanın mətbuat xidmətinə danışan Rebrov millimizlə görüşdən əvvəl hazırlığın vacibliyindən danışıb:
"Çoxları deyir ki, ora niyə getmişdiniz? Bizə oynamağı təklif edən çox komanda yox idi. Bu turniri təklif etdiyi üçün Kanadaya çox minnətdarıq. Düşünürəm ki, bu, bizim üçün çox faydalıdır. Dünya çempionatının seçmə mərhələsinin oyunları öncəsi çox vacib sınaq idi".
Xatırladaq ki, Azərbaycan və Ukrayna dünya çempionatının seçmə mərhələsində sentyabrın 9-da və oktyabrın 13-də qarşılaşacaq.
Baxış sayı:34
Bu xəbər 13 İyun 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















