Ukrayna millisinin sabiq üzvü: Azərbaycanla görüşdə onlardan hər aspektdə üstün idik
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna millisinin sabiq müdafiəçisi Vasil Kobin “sarı-mavilər”in DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunun 4-cü turunda Polşanın Krakov şəhərində Azərbaycan üzərində 2:1 hesablı qələbəsini şərh edib.
Sportal.az xəbər verir ki, “sport.ua” portalına danışan Kobin Ukraynanın millimizlə görüşü barədə sualları cavablandırıb.
- Ukrayna nəyin hesabına Azərbaycana qalib gəldi?
- Düşünürəm ki, biz Azərbaycan millisi ilə görüşdə hər aspektdə üstün idik, həm oyunda, həm də qol şansları sarıdan. Komandamızın rəqiblər üzərində yaratdığı təzyiq son nəticədə qalib gəlməyimizə imkan verdi, lakin biz daha çox qol vurub oyunun taleyini erkən həll edə bilərdik.
- Sizcə, nəyə görə Ukrayna rahat qələbə qazana bilmir?
- Burada əsas məsələ bitiricilikdir. İslandiya ilə səfərdəki görüşü nəzərə alsaq, orada sonluğu yaxşı gətirirdik. Çoxlu qol vəziyyətləri yarada bilməmişdik, amma bütün hamısını qola çevirdik. Azərbaycanla matçda isə bizdə bu son nöqtə çatışmadı.
saytlarin hazirlanmasi

