Icma.az
close
up
RU
Ukrayna Moskvanı vurmağa hazırlaşır...ÖZ RAKETLƏRİ İLƏ...The Telegraph

Ukrayna Moskvanı vurmağa hazırlaşır...ÖZ RAKETLƏRİ İLƏ...The Telegraph

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ukrayna hətta xarici büdcə olmadan da minlərlə "Trembita" istifadəyə verə bilər..."

"Ukraynalılar partnyorlarının onları işğalçı ilə baş-başa qoyacağı situasiyadan ehtiyat edirlər..."

ABŞ-nin yeni administrasiyasının Ukraynaya hərbi yardımı kəsəcəyi qorxusu fonunda ukraynalılar özlərini müharibə alətləri ilə təmin etməyə tələsirlər. Ən perspektivlilərdən biri "Trembita" raketidir.

Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, Böyük Britaniyanın "The Telegraph" nəşri belə yazır.

“Ukraynanın yeni “Trembita” qanadlı raketi onun avtonom atəş gücü istəyinin ən böyük simvolu ola bilər. Amerika sursatlarının bitəcəyi günü gözləyən Ukrayna "Trembita" və digər uzaqmənzilli, dərin öldürücü sursatlar yaratmağa hazırlaşır. Onlardan çox var”, - deyə nəşr bildirir.

Təxminən iki metr uzunluğunda və 90 kiloqram ağırlığında olan "Trembita" rampadan(raket qurğusu-S.L.) buraxılır. O, sadə impulslu reaktiv mühərrikə, boruvari gövdəyə və kvadrat qanada malikdir. Nəşr qeyd edir ki, bu sadəlik "Trembita"ya ən yaxşı xüsusiyyətini verir - aşağı qiymət...

Bir vahidinin qiyməti təxminən 10.000 dollar olan "Trembita" 18 kiloqram partlayıcı maddəni 144 km-ə qədər məsafədə daşımağa qadirdir. Amma bu raketin yaradıcısı indi  650 kilometr məsafə qət edə bilən və Moskvaya çatmağa zəmanət verən daha güclü versiya üzərində işləyir.

Təxminən bir ildən sonra hazır olacaq bu versiya, şübhəsiz ki, 10.000 dollardan baha başa gələcək, lakin hələ də potensial olaraq dünyada ən ucuz dərin zərbə sursatı olacaq. Müqayisə üçün qeyd edək ki, maksimum 300 km uçan "ATACMS" raketinin qiyməti 1 milyon dollardan çoxdur.

Nəşrin müəllifi qeyd edir ki, Ukrayna hətta xarici büdcə olmadan da minlərlə "Trembita" istifadəyə verə bilər. Rusiyanın Ukrayna şəhərlərini, bazalarını, elektrik stansiyalarını və fabriklərini kütləvi şəkildə bombalamasına uyğunlaşmaq üçün Ukrayna Rusiya şəhərlərini, bazalarını, neft emalı zavodlarını və fabriklərini bombalamasını kütləvi şəkildə artırmalıdır. Ukraynanın ABŞ, Böyük Britaniya və Fransadan aldığı az sayda "ATACMS" və "Storm Shadow/SCALP-EG" qanadlı raketləri intensiv dərin zərbə kampaniyası üçün kifayət deyil”, - nəşr diqqətə çatdırır.

"Trembita" Rusiyanın hərbi sənaye kompleksinə qarşı yaxşı işləyə bilər, lakin təbii ki, ukraynalıların Britaniyanın “Storm Shadow” raketləri ilə vurduğu yeraltı komandanlıq bunkerlərinə qarşı çox təsirli olmayacaq.

"Daha çox öz silahlarına güvənməklə ukraynalılar fərqli hədəflər toplusuna müraciət etməli ola bilər. Amma heç olmasa, vurmağa davam edə biləcəklər. (...) Ukraynalılar bilirlər ki, gün gələcək, onlar tam tək olmasalar da, daha tək qalacaqlar, Onlar hazırlaşırlar”, - deyə ingilis nəşri yekunlaşdırır.

Ukrayna Silahlı Qüvvələrinin yeni silahları

"UNIAN"-ın yazdığı kimi, Müdafiə Nazirliyi fiber optikdən istifadə edən Ukrayna "FPV" pilotsuz təyyarələrini nümayiş etdirib. Bu yeni silahlar kodlaşdırmanın son mərhələsindədir və tezliklə Müdafiə Qüvvələrinə göndərilməyə başlayacaq.

Baş Kəşfiyyat İdarəsinin  ən son yüksək sürətli gözəgörünməz pilotsuz təyyarə aldığı da bildirilib. Tapşırıqdan asılı olaraq, bu dronlar düşmənin yerüstü hədəflərini məhv etmək üçün müxtəlif gücə malik döyüş başlıqları ilə təchiz oluna bilər.

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Yanvar 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see252

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see210

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see201

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see192

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see186

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see176

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see154

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see154

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see153

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see153

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see145

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see141

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see141

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see139

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see139

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see137

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see135

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri