Ukrayna MSK dövlət seçici reyestrinin fəaliyyətini bərpa edib
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Mərkəzi Seçki Komissiyasının qərarı ilə dövlət seçici reyestrinin fəaliyyətini bərpa edib.
Moderator.az-ın məlumatına görə, bu barədə Ali Radadakı "Xalqın Xidmətçisi" fraksiyasının sədri David Araxamiya öz telegram kanalında məlumat verib.
"Bu gün, tammiqyaslı işğaldan bəri ilk dəfə olaraq, Mərkəzi Seçki Komissiyası (MSK) Dövlət Seçici Reyestrini bərpa edib. Bu, MSK-nın vətəndaşlar və dövlət qurumları ilə qeydiyyatla bağlı qarşılıqlı əlaqəni bərpa etməsinə və nəticədə onun yenilənməsinə yol açır", - deyə o yazıb.
Araxamiya vurğulayıb ki, seçici siyahısının yenilənməsi, xüsusən də müharibə nəticəsində demoqrafik göstəricilərdəki dəyişikliklər nəzərə alınmaqla, istənilən seçkinin keçirilməsi üçün əsas şərtlərdən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 23 Dekabr 2025 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















