Icma.az
close
up
RU
Ukrayna müharibəsi sonluğa yaxınlaşır, cəbhədə qarşıdakı aylar kritik olacaq Reuters

Ukrayna müharibəsi sonluğa yaxınlaşır, cəbhədə qarşıdakı aylar kritik olacaq Reuters

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Ukraynalılar Trampın həlledici vəzifələrə kimləri təyin edəcəyini və Ukrayna ilə bağlı siyasətini necə formalaşdıracağını gözləyir..."

Cəbhədə qarşıdakı 4-5 ay həlledci olacaq və hər iki tərəfin danışıqlarda mövqelərini müəyyən edəcək.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Ukraynanın yüksək vəzifəli məmuru jurnalistlərə deyib ki, Donald Trampın Ağ Evə dönüşü Kiyevin diqqətini müharibənin başa çatdırılmasının mümkünlüyünə yönəldib.

"Bu qış kritik məqamdır. Mən ümid edirəm ki, müharibə sonluğa yaxınlaşır. Elə günü bu gün biz hər iki tərəfin danışıqlarda ilkin mövqelərini müəyyən edəcəyik", - məmur deyib.

O cümlədən ukraynalılar Trampın təhlükəsizlik və müdafiə sahəsində həlledici vəzifələrə kimləri seçəcəyini və bundan asılı olaraq Ukraynaya ilə bağlı siyasətini necə formalaşdıracağını gözləyir.

Məsələn, artıq bəllidir ki, Kiyevin Ukraynayönümlü hesab etdiyi sabiq dövlət katibi Mayk Pompeo Trampın yeni komandasında təmsil olunmayacaq.

Kiyevdən olan məmur deyib ki, Trampın qələbəsindən sonra Ukraynanın NATO-ya dəvət edilməsi "az ehtimal ediləndir" və etiraf edib ki, Tramp dönəmində hərbi yardımın azalacağı riski mövcuddur.

"Mən ümid edirəm ki, Bayden administrasiyası öz yardımını sürətləndirməklə bu riskdən yan keçməyə çalışacaq", - məmur deyib.

Bu zaman Kiyev Ukraynaya yardımla bağlı son ildə addımlarının zəif və yetərli olmadığına görə Bayden administrasiyasından məyusluğunu, demək olar ki, gizlətmir.

"Ukraynanın ovqatı kifayət qədər tutqundur. Bu məyusluğu siz Zelenskinin son açıqlamalarından görə bilərsiniz", - bu barədə Kiyevdə yüksək vəzifəli diplomatik mənbə məlumat verib.

Ukraynalı məmur Baydenin vida olaraq hansısa əhəmiyyətli bir şeyi təklif edəcəyinə, məsələn, uzaqmənzilli zərbələrə icazə verəcəyinə skeptik yanaşır.

"Bayden indi kimdir ki? O, etimadını çox itirib. Ümid edirəm ki, onun nəsə etməyə cəsarəti çatacaq. Lakin mən bununla bağlı çox da böyük ümidlər bəsləmirəm", - məmur deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Noyabr 2024 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see348

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see288

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see235

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see196

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see180

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see178

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see174

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see157

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see148

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see147

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see140

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see137

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri