Ukrayna müharibəsində dönüş: Trampa məlumat veriləcək, yaxın günlərdə...
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin mümkün olub-olmadığı tezliklə bəlli olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
O bildirib ki, tərəflər həqiqətən də sülh istəyirsə, Vaşinqton kömək etməyə hazırdır:
“Əks halda, biz öz planlarımıza uyğun hərəkət etməyə davam edəcəyik”.
Dövlət katibi Parisdə Ukrayna tərəfi ilə danışıqları müsbət adlandırıb və Kiyevin Vaşinqtonun təkliflərinə cavab verəcəyinə ümid etdiyini bildirib.
Rubio qeyd edib ki, ABŞ üç ildir, Ukraynanı dəstəkləyir, lakin indi diqqəti başqa məsələlərə yönəltmək lazımdır:
“Münaqişəyə son qoymaq cəhdləri uğursuz olarsa, biz ABŞ Prezidenti Donald Trampa əlavə danışıqların aparılmasının məqsədəuyğun olmadığı barədə məlumat verəcəyik. Vaşinqton yaxın günlərdə Rusiya və Ukrayna arasında sülh razılaşması üçün vasitəçilik səylərini dayandıracaq. Razılaşmanın əldə oluna biləcəyinə dair aydın əlamətlər olmasa, bu baş verəcək”.
Günay Rəsulqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 18 Aprel 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















