Icma.az
close
up
RU
Ukrayna NATO əməliyyatlarına qoşulur

Ukrayna NATO əməliyyatlarına qoşulur

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

NATO-nun Şimali Avropadakı hərbi addımlarına yalnız Baltikyanı ölkələr deyil, Ukrayna da daxil olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Nezavisimaya Qəzeta" yazır.

 Qəzet bu iddiasını Helsinkinin NATO ilə birlikdə Rusiya sərhədinə yaxın yerləşən Laplandiyadakı Rovajärvi təlim sahəsində keçirdiyi "Northern Strike 225" təlimlərinin planlarına əsaslanaraq irəli sürüb. Xəbərə görə, Ukraynaya məxsus Antonov An-124 Ruslan hərbi nəqliyyat təyyarələri, 300 km məsafəyə qədər ATACMS tipli raketlər ata bilən Polşaya məxsus HOMAR-K raket sistemlərini Finlandiyaya daşıyıb.

Ukrayna Silahlı Qüvvələrinin Almaniyanın Drezden şəhərində yerləşən NATO bazasında beş ədəd ağır nəqliyyat təyyarəsi mövcuddur və bu təyyarələr alyansın "SALIS – Strateji Hava Daşıması üzrə Beynəlxalq Həll" proqramı çərçivəsində fəal şəkildə istifadə olunur. 

Xəbərə görə, bu təyyarələrin son illərdəki əsas funksiyası Ukraynaya hərbi yardım daşımaq olsa da, mümkün atəşkəs və sülh şəraitində belə bu donanma NATO-nun müdafiə və logistika missiyalarında birbaşa iştirak edərək təlimlərdə yeni rol alır.

Bu cür təlimlər Finlandiyanın 2023-cü ildə NATO-ya tam üzv olmasından sonra keçirilir. Lakin Rusiya ərazisindəki hədəfləri vura biləcək raket sistemlərinin Ukrayna təyyarələri ilə Finlandiyaya daşınması ilk dəfə baş verir. 

Bu hərbi fəallığın  fonunda Polşa Baş Qərargah rəisinin Rusiyanın müharibəyə hazırlaşdığı barədə açıqlamaları və Finlandiya Prezidenti Stubbun "Atəşkəsi ən yaxşı Rusiya üzərinə təzyiq göstərərək əldə edə bilərik" fikirləri dayanır. 

Hərbi analitiklər bu təlimlərin NATO-nun Şimali Avropadakı sürətini, miqyasını və birliyini nümayiş etdirdiyini, bununla da Finlandiya-Rusiya sərhədi boyunca potensial rəqibin plan qurmasını çətinləşdirdiyini bildirirlər.

Finlandiya mediasının məlumatına görə, təlimlərə təxminən 2200 hərbçi və 500 texnika cəlb olunub. Təqaüddə olan hərbçi Nikolay Şulgin qeyd edir ki, NATO ölkələrində bir çox siyasətçi və hərbçi artıq Rusiya ilə mümkün müharibədən açıq şəkildə danışır. 

Almaniya Məmüdafiə naziri Pistoriusun 2028-2029-cu illərdə mümkün Rusiya hücumundan bəhs etməsi və Aİ Komissarı Kubiliusun Ukrayna qüvvələrinin müharibədən sonra Aİ-nin şərq sərhədlərini qorumasını təklif etməsi bu fikirlərin konkret nümunələridir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri