Ukrayna NATO Şurasının növbədənkənar iclası çağırılıb
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Brüsseldə Ukrayna-NATO Şurasının növbədənkənar iclası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynaın xarici işlər naziri Andrey Sibiqa "X" hesabında yazıb.
O qeyd edib ki, iclas Rusiyanın son kütləvi hava hücumlarına cavab olaraq Ukraynanın təşəbbüsü ilə keçiriləcək.
"Biz Rusiyanın sülh səylərindən imtina etməsinə və ukraynalılara qarşı terroru gücləndirməsinə adekvat cavab vermək üçün birgə addımların məqsədyönlü şəkildə müzakirə olunacağını gözləyirik", - A.Sibiqa bildirib.
XİN başçısı Ukraynaya dəstəyi davam etdirən bütün müttəfiqlərə və NATO-ya təşəkkür edib.
"Moskva müharibənin davam etməsinin nəticəsi olaraq daha güclü təzyiq hiss etməlidir", - o əlavə edib.
Xatırladaq ki, avqustun 28-nə keçən gecə Rusiya Ukraynanın bölgələrinə kütləvi hücum həyata keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 01 Sentyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















