Ukrayna Novorossiyski vurdu ABŞ nin tələbinə məhəl qoyulmadı (VİDEO)
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Rusiyanın Novorossiysk limanına növbəti dəfə hücum edib.
“AzPolitika” xəbər verir ki, “Bloomberg”-in məlumatına görə, liman Ukrayna dəniz PUA-sı ilə vurulub. Nəticədə Şesxaris neft terminalında güclü partlayış və yanğın baş verib.
Qubernator Veniamin Kondratyev bildirib ki, Novorossiysk və Krasnodar diyarının digər şəhərləri gecə ərzində Ukrayna dronları tərəfindən hücuma məruz qalıb. Ərazidə yanğın baş verib.
Qeyd edək ki, bu obyekt Rusiyanın dövlətə məxsus boru kəməri şirkəti Transneft ilə əlaqəli mühüm ixrac terminalıdır. Yerli hakimiyyət orqanları Novorossiyskdə fövqəladə vəziyyət elan edib.
Əlavə edək ki, bir neçə gün əvvəl Ukraynanın ABŞ-dəki səfiri Novorossiyski vurmamaq barədə Tramp administrasiyasından tələb aldıqlarını demişdi. Bu, onunla əlaqədar olub ki, həmin limandan Qazaxıstan nefti də nəql olunur. Lakin göründüyü kimi, Kiyev bu tələbə məhəl qoymur.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 02 Mart 2026 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















