Ukrayna ordusu 20 dəfə əks hücuma keçib, amma...
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya ordusu son bir neçə gündə Ukrayna Silahlı Qüvvələrinin Svatovsko-Kremensk istiqamətində 20-yə yaxın əks-hücum cəhdini dəf edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə TASS-a hərbi ekspert Andrey Maroçko məlumat verib.
“Son bir neçə gün ərzində Ukrayna ordusu daha əvvəl itirdiyi mövqeləri geri qaytarmaq üçün bölmələrimizə 18-ə yaxın hücum cəhdi edib. Məqsəd Lozovaya, Zelenyi Qay, Kopanki, Nadiya, Makeevka, Nevskoe və Ternı kəndlərini geri almaq cəhdləri olub. Lakin Ukrayna ordusunun bütün hücumları dəf edilib".
Hərbi ekspert qeyd edib ki, əks-hücuma keçməyə çalışarkən düşmən kiçik qruplar şəklində, tam hazırlıq tədbirləri olmadan hərəkət edib və bu, Ukrayna ordusunun mənasız itkilərinə səbəb olub.
Həsən Məmmədov
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 13 Dekabr 2024 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















