Ukrayna Ordusu 400 kv.km ərazini geri qaytarıb ABŞ kəşfiyyatı
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Bu ilin əvvəlində Ukrayna Silahlı Qüvvələri (USQ - VSU) təxminən 400 kvadrat kilometr ərazini azad edib.
“Yeni Sabah” Bloomberg-ə istinadla xəbər verir ki, bu, ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin hesabatında əks olunub.
Rusiya ordusunun “Starlink” peyk internet terminallarının bağlanmasından sonra Ukrayna qüvvələri Rusiya ordusunun "müvəqqəti, lakin əhəmiyyətli dərəcədə zəifləməsi" ilə 2023-cü ildən bəri ilk dəfə ərazini geri ala biliblər. pizza sifarişi
Rusiya ordusu Starlink terminallarından hərəkətləri əlaqələndirmək və dronlar atmaq üçün istifadə edib. Bundan əlavə, Kremlin döyüş meydanında əsas rabitə vasitəsi olan “Telegram” mesajlaşma tətbiqini bloklamaq qərarı Rusiya qoşunlarına daha bir zərbə vurub. Lakin agentliyinin hesabatında qeyd edildiyi kimi, mart ayı etibarilə Rusiya cəbhədə əksər döyüş funksiyalarında ümumi üstünlüyü qoruyub saxlaya bilib.
Ukrayna Müdafiə Nazirinin müşaviri Sergey Beskrestnov “Starlink”in itirilməsinin Rusiya ordusu üçün fəlakət olduğunu bildirib.
Baxış sayı:164
Bu xəbər 22 May 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















