Ukrayna ordusu bu əraziləri nəzarətə götürüb
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna ordusu “Vivaldi” əməliyyatı çərçivəsində ümumilikdə 176 kvadratkilometr ərazini yenidən nəzarətə götürüb.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski 3-cü Ordu Korpusunun komanda məntəqəsinə səfəri zamanı bildirib. Ukrayna Prezidentinin Ofisi sentyabrın 30-da səfər və əməliyyatla bağlı məlumat yayıb.
Zelenskinin sözlərinə görə, “Vivaldi” əməliyyatının üç mərhələsi ərzində Rusiya qüvvələrinin Slavyansk-Kramatorsk aqlomerasiyasının arxa hissəsinə irəliləməsinin qarşısı alınıb və cəbhənin bu istiqamətində vəziyyət sabitləşdirilib.
Ukrayna Prezidenti bildirib ki, əməliyyat zamanı Rusiya tərəfinin ölən və yaralananlar daxil olmaqla itkiləri 5 mindən çox olub, 250 hərbçi isə əsir götürülüb. Bu rəqəmlər Ukrayna tərəfinin açıqlamasıdır və müstəqil şəkildə təsdiqlənməyib.
Zelenski hərbçilərlə əməliyyatın dördüncü mərhələsi üzrə planların da müzakirə edildiyini deyib.
Görüş zamanı bölmələrin artilleriya və maliyyə təminatı, həmçinin döyüş bölgəsində yerüstü robotlaşdırılmış sistemlərin daha geniş tətbiqi məsələləri müzakirə olunub.
Zelenski bildirib ki, Ukrayna ordusu təhlükəli tapşırıqlarda hərbçilərin əvəzinə pilotsuz və robotlaşdırılmış sistemlərdən istifadənin miqyasını artırmağı planlaşdırır.
Səfər zamanı əməliyyatda iştirak edən bir sıra hərbçilər dövlət mükafatları ilə təltif olunublar.
Baxış sayı:76
Bu xəbər 30 Sentyabr 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















