Ukrayna ordusu irəliləyir, sərhədi keçdi Fotofakt
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun bölmələri Jerebets çayını keçib və Luqansk vilayətinin içərilərinə doğru hücumu davam etdirməyə çalışırlar.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın məşhur “Rıbar” Teleqram kanalı məlumat yayıb.
Kanal bildirib ki, Jerebets çayının şərq sahilində Ukrayna ordusunun diversiya bölmələri yerləşib və Terna və Yampolovka yaşayış məntəqələrinə girməyə çalışırlar:
“Bu kəndlər Limanın qərbindəki Rusiya platsdarmı üçün təchizat marşrutu rolunu oynayırdı və burada düşmənin fəallığı çayın hər iki sahilindəki çətin vəziyyətdən xəbər verir”.
Ukrayna kanalları isə ordu bölmələrinin Limandan 12 km şimal-şərqdə və Jerebets çayından 4 km qərbdə yerləşən Kolodezi kəndini azad etdiyini bildirib.
Bundan başqa, Zareçnoye kəndinin şimal hissəsinin azad edildiyi qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 Sentyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















