Ukrayna ordusu mövqelərini bərpa edib
Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Ukrayna ordusu Xarkov vilayətinin Liptsy şəhəri yaxınlığında mövqelərini bərpa edə bilib.
Reyting.az xəbər verir ki, bu barədə “DeepState” analitik layihəsi məlumat yayıb.
Cəbhənin yenilənmiş xəritəsinin şərhində deyilir ki, Ukrayna Müdafiə Qüvvələri Liptsy yaxınlığında mövqelərini bərpa edib.
“Ukrayna Milli Qvardiyasının 13-cü briqadası Müdafiə Qüvvələrinin digər bölmələri ilə birlikdə Xarkov vilayətinin Liptsy şəhərinin şimalında meşə sahəsinin azad edilməsi üzrə genişmiqyaslı əməliyyatı başa çatdırıb. İşğaldan çıxarılan ərazinin ümumi sahəsi 2 milyon kvadratmetrdən çoxdur”,- məlumatda qeyd edilib.
Xatırladaq ki, meşə təsərrüfatı uğrunda döyüşlər beş ay yarım - 2024-cü ilin noyabrından davam edib.
“DeepState”nin mayın 7-i axşam saatlarına olan məlumatına görə, Donetsk vilayətinin Novoolenovka, Aleksandropol və Leonidovkada rusların irəliləyişi qeydə alınıb.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Ukrayna ordusu mövqelərini bərpa etdi
05 Fevral 2025 09:09
Ukrayna ordusu itirilmiş mövqelərini bərpa etdi
31 Yanvar 2025 09:14
Kursk döyüşü: Ukrayna ordusu mövqelərini bərpa etdi
20 Yanvar 2025 09:17
Cəbhədə dəyişiklik: Ukrayna ordusu mövqelərini bərpa etdi
16 Yanvar 2025 10:11
Ukrayna ordusu bir istiqamətdə mövqelərini bərpa edib AzPolitika onlayn siyasiictimai qəzet
16 Dekabr 2024 09:23
Baxış sayı:89
Bu xəbər 08 May 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















