Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

Ukrayna ordusu Rusiya üçün “Qiyamət günü” hazırlayır

Ukrayna ordusu Rusiya üçün “Qiyamət günü” hazırlayır

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ukrayna Hərbi Sənaye Kompleksinin yeni uzaqmənzilli raketlərin (“Flaminqo” və “Uzun Neptun”) kütləvi istehsalına başlaması və istehsal güclərini davamlı artırması çox ciddi uğurdur. Lakin burada nəzərə alınmalı bir neçə vacib nüans var.

Axar.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

Ekspertin sözlərinə görə, Ukraynanın uzaqmənzilli ağır raketlərin istehsalına başlaması müharibənin gedişatına ciddi təsir göstərə bilər:

“Amma bəzi önəmli məqamlar xüsusi diqqət tələb edir. Hazırda gündə 1 ədəd “Flaminqo” raketi istehsal olunur, lakin istehsal gücü fasiləsiz artırılır. Plana görə, ilin sonuna qədər aylıq istehsal həcmi 200 raketə çatdırılacaq.

Lakin bu mərhələdə Ukrayna Silahlı Qüvvələri bu raketlərdən istifadə etməməlidir. Çünki bu tip raketlərin tətbiqi yeni kütləvi zərbə taktikasının hazırlanmasını tələb edir. Burada bir çox faktorlar nəzərə alınmalıdır: zərbə dalğalarının sayı, raketlərin və dronların kombinasiyası, yalançı dronların istifadəsi, trayektoriyalar, manevrlər və s. Hazırda Ukraynada bu raketlərin sayı kütləvi zərbələr üçün kifayət deyil və 50-100 raketin atılması üçün yeni taktikanı ifşa etmək məqsədəuyğun sayılmaz.

Buna görə də indiki mərhələdə Ukraynanın qarşısında iki əsas məqsəd var:

1. Uzaqmənzilli raketləri sürətlə istehsal edib, onları maksimum gizlətmək;

2. Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemlərini maksimum dərəcədə sıradan çıxarmaq.

Birinci məqam aydındır. İkincisinə gəldikdə isə son günlər Ukrayna Təhlükəsizlik Xidmətinin sıradan çıxardığı Rusiyaya məxsus HHM, REB və RLS avadanlıqlarının siyahısı kifayət qədər təsirli görünür:

- 4 ədəd ZRK TOR-M2

- 3 ədəd ZQRK “Pantsir”

- 2 ədəd ZRK S-300

- 1 ədəd ZRK BUK-M3

- 1 ədəd radar 50N6 S-350

- 1 ədəd RLS Kasta-2E2

- 1 ədəd RLS “Podlyot”

- 1 ədəd REB “Jitel”

- 1 ədəd RLS Nebo-SVU

- 1 ədəd RLK 55J6M Nebo-M

Başqa sözlə, Ukrayna Rusiyanın HHM şəbəkəsini zəiflətmək istiqamətində ciddi işlər görür.

Son günlər biz Rusiya neft emalı zavodlarına (NEZ) qarşı zərbələrin artdığını müşahidə edirik. Zərbələrin əksəriyyəti dronlar vasitəsilə həyata keçirilir. Təsəvvür edin ki, cəmi 60-100 kq partlayıcı daşıyan dronlar belə bir neçə NEZ-i uzunmüddətli sıradan çıxara bilirsə, eyni obyektə 3, 4 və ya 5 ədəd “Flaminqo” raketi, hər biri 1150 kq partlayıcı maddə ilə düşsə, nə baş verər?

Bu səbəbdən Ukrayna indi bu ağır raketləri istehsal edib ehtiyatda saxlamalıdır. Çünki bir neçə aydan sonra Rusiyanın enerji infrastrukturuna “cəhənnəm günləri” yaşatmaq üçün kifayət qədər arsenal yığmaq strateji baxımdan həyati əhəmiyyət daşıyır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 Avqust 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see239

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see214

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see214

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see202

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see201

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see194

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see174

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see165

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see155

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see154

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see152

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see137

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see136

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see135

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri