Ukrayna ordusu Rusiyada iri neft emalı zavodu, gəmi və neft bazasını dronlarla vurub
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Ukrayna ordusu Rusiyanın hərbi-sənaye kompleksi və neft emalı sektoruna aid strateji obyektlərə, o cümlədən Krasnodar diyarında yerləşən neft bazasına və neft emalı zavoduna zərbələr endirib.
APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.
“Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Krasnodar diyarının Slavyansk-na-Kubani şəhərində yerləşən ‘Slavyanskiy’ neft emalı zavodunun infrastrukturunu vurub”, – Baş Qərargahdan bildirilib.
Hədəf ərazisində partlayışlar və yanğın qeydə alınıb.
Məlumata görə, “Slavyanskiy” zavodu ildə təxminən 5,2 milyon ton xam neft və kondensat emal edir və Rusiya ordusunun təminatında iştirak edir.
Bundan əlavə, Rostov vilayətində yerləşən “Nikolayevskaya” neft bazasının ərazisinə də zərbə endirildiyi təsdiqlənib. İlkin məlumatlara görə, bir rezervuar və “Kapitan Qibert” adlı çay gəmisi zədələnib.
Həmçinin Luqansk vilayətinin ərazisində sahə artilleriya anbarı vurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 17 Dekabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















