Ukrayna ordusu Rusiyanın hərbi hədəflərinə kütləvi hava zərbələri endirib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kiyev, 1 mart, AZƏRTAC
Ukrayna Müdafiə Qüvvələri müvəqqəti işğal altında olan Donetsk və Zaporojye vilayətlərinin, eləcə də Rusiya Federasiyasının Belqorod vilayətindəki bir neçə hərbi hədəfə zərbələr endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da məlumat yayıb. Martın 1-ə keçən gecə Ukrayna ordusu Donetsk vilayətinin Manquş və Novokrasnovsk yaxınlığında Rusiyanın S-300 zenit-raket sistemlərinin iki radar stansiyasını məhv edib. Onlar, həmçinin Yalta yaxınlığında Rusiyanın sursat anbarına və “Molodoqo Şaxtyora” yaxınlığındakı şəxsi heyətə zərbələr endiriblər.
Zaporojye vilayətinin müvəqqəti olaraq ələ keçirilmiş ərazisində əsgərlər Prişib yaxınlığında Rusiya ordusunun yanacaq-sürtkü materialları anbarına, Boqatovka yaxınlığındakı təmir bölməsinə və Dunayevka və Poltavka yaxınlığındakı şəxsi heyətə zərbələr vurulub.
Fevralın 28-də Ukrayna qüvvələri Rusiya Federasiyasının Belqorod vilayətinin Prilesye yaxınlığında və Donetsk vilayətinin Rodinskoqo yaxınlığında Rusiya dron idarəetmə mərkəzlərinə zərbələr endiriblər. Stepnoqorskda Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi əraziyə və Zaporojye bölgəsinin müvəqqəti ələ keçirilmiş ərazisindəki Uspenovka yaxınlığındakı pilotsuz təyyarələrin idarəetmə mərkəzinə də zərbələr vurulub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 01 Mart 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















