Ukrayna ordusu Rusiyanın sanksiyalı 8 hərbi ticari tankerinə zərbə endirib
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri (PSQ) gecə saatlarında Azov dənizində Rusiyanın "kölgə donanması"na daxil olan və sanksiya altında olan 8 tankerə zərbə endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar" çağırış ləqəbli) məlumat verib.
"Bütün tankerlər identifikasiya edilib, beynəlxalq sanksiyalar altındadırlar. Onların hər birinin dedveyti (yük götürmə qabiliyyəti) 7000 ton, uzunluğu 140 metrdir və 2006–2012-ci illər arasında inşa ediliblər: "Venera-3", "Sanar-1", "Sanar-17", "Klimena", "Teti", "Aleksey Savrasov", "Penelopa"; sonuncunun adı isə dəqiqləşdirilir", — deyə o qeyd edib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 07 İyul 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















