Ukrayna ordusu Sudjada tarix diyarşünaslıq muzeyinin binasını vurub
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Sudja şəhərində tarix-diyarşünaslıq muzeyinə hücum edib.
APA xəbər verir ki, bunu Kursk qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn “Telegram” kanalında bildirib.
Ukrayna ordusunun atdığı raket 19-cu əsrin sonlarına aid memarlıq abidəsi olan tarix-diyarşünaslıq muzeyinin binasının üzərinə düşüb. İlkin məlumata görə, muzeyin bir əməkdaşı ölüb, ikisi yaralanıb.
"İlkin məlumata görə, Sudjada qalan və bu gün muzeyə onun vəziyyəti ilə tanış olmaq üçün gələn bir işçi həlak olub. Daha iki əməkdaş isə yaralanıb - onlar hazırda tibb müəssisəsinə aparılır", - Xinşteyn bildirib.
Xinşteynin sözlərinə görə, tarixi bina tamamilə yararsız vəziyyətə düşüb.
Bu mövzuda digər xəbərlər:Rusiya Sudjada olanları terror adlandırdı
02 Fevral 2025 14:16
Sudjada itkin düşən 154 nəfər tapıldı
13 Mart 2025 23:07
Tarix diyarşünaslıq muzeyinin binasına raket zərbəsi endirildi VİDEO
14 Mart 2025 21:49
NATO nun Sudjada tərk edilmiş hərbi texnika parkı üzə çıxıb
12 Mart 2025 20:19
Ukrayna ordusu Rusiyada muzey binasını YERLƏ BİR ETDİ
15 Mart 2025 00:52
Baxış sayı:163
Bu xəbər 15 Mart 2025 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















