Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil Zelenski
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Ukraynalılar torpaqlarını Rusiyaya verməyəcəklər.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Ukraynanın ərazi məsələsinin cavabı artıq Ukrayna Konstitusiyasında var. Bundan heç kim geri çəkilməyəcək”, - o deyib.
Zelenski vurğulayıb ki, Ukrayna sülhə gətirib çıxaracaq real qərarlara hazırdır. Lakin onun fikrincə, Ukraynaya qarşı yönələcək və Ukraynasız istənilən qərar sülhün əldə olunmasına mane olacaq.
“Onlar (Ukraynasız qərarlar – red.) heç nə verməyəcəklər. Onlar ölü qərarlardır, heç vaxt işləməyəcək. Bizim hamımıza isə insanların hörmət edəcəyi real, canlı sülh lazımdır. Biz Prezident Trampla, bütün tərəfdaşlarla birlikdə real və ən əsası, davamlı sülh - Moskvanın istəkləri üzündən pozulmayacaq sülh üçün işləməyə hazırıq”, - Ukrayna Prezidenti əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 09 Avqust 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















