Ukrayna parlamenti Avropa Şurası ilə birgə Xüsusi Tribunalın yaradılması sənədini təsdiqləyib
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Ali Radası iyulun 15-i keçirilən iclasında Avropa Şurası ilə Xüsusi Tribunalın yaradılması haqqında sənədi təsdiqləyib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, sənədi parlamentə Ukrayna xarici işlər naziri Andrey Sibiqa təqdim edib.
O qeyd edib ki, bu sənəd ilə beynəlxalq cinayət hüququ Ukraynaya qaytarılır:
Nazir bəyan edib ki, bu tarixi hadisədir. O bildirib ki, Tribunal yaradılması üzərində işləyərkən Nürnberq və Tokio tribunallarının, keçmiş Yuqoslaviya tribunalının, Beynəlxalq Cinayət Məhkəməsinin təcrübəsi nəzərə alınıb:
“Rusiya ordusunun Ukraynadakı cinayətlərinin məsuliyyəti qaçılmaz olmalıdır - Ukrayna ərazisinə silahla daxil olmuş hərbi-siyasi rəhbərlikdən tutmuş hər bir əsgərə qədər. Təcavüz cinayətindən bütün törəmə vəhşiliklərə, hərbi cinayətlərə, insanlığa qarşı cinayətlərə və soyqırımlara qədər bu Tribunalda baxılacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 15 İyul 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















