Ukrayna parlamentində müharibə dövründə seçkilərin keçirilməsi ilə bağlı işçi qrupu yaradılır
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk seçki qanun layihəsinin hazırlanması üçün işçi qrupun yaradılması haqqında sərəncam imzalayıb.
APAUNIAN-a istinadən xəbər verir ki, işçi qrupuna Ali Rada sədrinin birinci müavini Aleksandr Kornienko rəhbərlik edəcək.
"Bu qrup istisnasız olaraq bütün fraksiya və qrupların nümayəndələrindən ibarət olacaq. Buraya vətəndaş cəmiyyətini təmsil edən şəxslər, seçkilərin təşkilində yüksək biliklərə malik digər şəxslər də cəlb olunacaq. Buraya Mərkəzi Seçki Komissiyası da cəlb olunacaq", - Stefançuk bildirib.
İşçi qrup müharibə kontekstini nəzərə alaraq Seçki Məcəlləsinin tətbiqinin bütün nüanslarını araşdıracaq.
Buraya hərbi qulluqçuların səsverməsi və onların seçkilərdə iştirak etmək hüququ ilə bağlı məsələlər, hazırda Ukraynadan kənarda olan milyonlarla ukraynalının səsvermədə iştirakı, ölkənin müvəqqəti işğal olunmuş ərazilərində seçkilərin keçirilməsi, seçkilərdə xarici müşahidəçilərin iştirakı kimi məsələlər aiddir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Dekabr 2025 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















