Ukrayna polisi: Andrey Parubiyin qətlində Rusiyanın izi var
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Ali Radanın sabiq spikeri Andrey Parubiyin qətlində Rusiyanın əli var.
APA xəbər verir ki, bunu Ukrayna Milli Polis rəisi İvan Vıqovski özünün “Facebook” hesabında deyib.
“Bizim qatilin izinə düşüb onu tutmağımız sadəcə 36 saat çəkdi. O, özünü kuryer kimi göstərərək gündüz vaxtı siyasətçiyə atəş açıb. O, cinayətdən sonra paltarını dəyişərək, silahı özündən uzaqlaşdıraraq öz izini itirməyə çalışıb. Amma o qaçmağı bacarmadı. Lvov polisinin sutkalıq fəaliyyəti və Milli Polisin mərkəzi şöbəsinin səyləri nəticə verdi. Qatil tutuldu və lazımi sübutlar toplanıldı. Biz bilirik ki, bu cinayət təsadüfi deyildi. Burada Rusiyanın izləri var. Cinayətdə əli olan hər kəs ədalətlə üzləşəcək”- Ukrayna Milli Polis rəisi xəbərdarlıq edib.
Qeyd edək ki, Ukraynada Avromaydan hərəkatının liderlərindən biri, Ali Radanın sabiq spikeri Andrey Parubiy avqustun 30-da sui-qəsd nəticəsində öldürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 01 Sentyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















