Ukrayna Prezidenti Denis Şmıqalı müdafiə naziri vəzifəsinə irəli sürüb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kiyev, 14 iyul, AZƏRTAC
Rustem Umerovun yerinə Ukraynanın Baş naziri Denis Şmıqal yeni müdafiə naziri ola bilər.
Bu barədə AZƏRTAC Ukrayna Prezidenti Volodimir Zelenskinin axşam müraciətinə istinadla məlumat yayıb.
Zelenski xatırladıb ki, bu gün o, Baş nazirin birinci müavini Yuliya Sviridenkaya hökumətə rəhbərlik etməyi və onun işini “Ukrayna istehsalına, Ukrayna sahibkarlığına dəstək təcrübəsi əsasında” yeniləməyi təklif edib.
“İndiki Baş nazir Denis Şmıqalın nəhəng təcrübəsi Ukraynanın müdafiə naziri vəzifəsində mütləq faydalı olacaq – məhz bu sahədə hazırda ölkədə maksimum resurslar, maksimum tapşırıqlar və böyük məsuliyyət var”, - deyə Zelenski vurğulayıb.
Prezident əlavə edib ki, Nazirlər Kabinetinin yeni konfiqurasiyasına deputatların kifayət qədər dəstəyinə ümid edir. Həmçinin Zelenskinin sözlərinə görə, hökumətin Ukrayna ilə tərəfdaşları arasında bütün razılaşmaların tez bir zamanda auditini aparması vacibdir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 14 İyul 2025 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















