Ukrayna prezidenti sülh danışıqlarına hazırdır
Icma.az bildirir, Reyting.az portalına istinadən.
Ukrayna prezidenti Vladimir Zelenski müharibə ilə bağlı mövqeyini yumşaltmağa başlayır. O, Ukraynanın NATO-ya üzvlük müqabilində işğal olunmuş ərazilər uğrunda mübarizəni dayandırmağa razı ola biləcəyinə işarə edir.
Reyting.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Keçən həftə verdiyi bir sıra müsahibələrdə Zelenski müharibəyə son qoymaq üçün danışıqlara hazır olduğunu söyləyib. Amma o, əvvəllər təkid edirdi ki, Ukrayna ölkənin təxminən 20 faizini təşkil edən və Moskvanın nəzarəti altında olan bütün əraziləri qaytarana qədər döyüşəcək. İndi prezident NATO-nun Ukraynanın qalan hissəsinin qorunması şərti ilə atəşkəs imkanlarına icazə verir. Lakin iki ciddi maneə var - Ukraynanın yaxın gələcəkdə Alyansa daxil olma ehtimalının az olması və Rusiyanın danışıqlara maraq göstərməməsi.
Bazar günü keçirdiyi mətbuat konfransında Zelenski hər hansı danışıqların yalnız güc mövqeyindən mümkün olduğunu vurğulayıb: “Əgər Ukraynanın güclü mövqeyi olmadan dondurulmuş bir münaqişə olsa, Putin bizi məhv etmək üçün iki, üç və ya beş ildən sonra qayıdacaq”.
Cümə günü Zelenski “Sky News”da təklif edib ki, ən azı ölkənin işğal olunmamış hissəsinə NATO üzvlüyü verilərsə, Ukrayna “müharibənin qaynar mərhələsini” bitirməyi nəzərdən keçirə bilər. O, həmçinin vurğulayıb ki, Kiyev işğaldakı əraziləri diplomatik yollarla qaytarmağa çalışacaq.
ELÇİN
Bu mövzuda digər xəbərlər:Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
23 İyun 2026 19:00
Ukrayna Rusiya ilə sülh danışıqlarına başlamağa hazırdır
21 Oktyabr 2025 22:57
Türkiyə Ukrayna sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır
12 Dekabr 2025 21:52
Zelenski: Ukrayna sülh danışıqlarına hazırdır, amma ərazilərdən çəkilməyəcək
28 Oktyabr 2025 14:05
Ankara Rusiya Ukrayna danışıqlarına hazırdır Ərdoğan
08 İyul 2026 23:41
Baxış sayı:172
Bu xəbər 03 Dekabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















