Ukrayna Putinlə danışıqlara qadağa qoyub
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
"Kiyev Rusiya lideri Vladimir Putinlə şəxsən birbaşa danışıqlar aparmamaq prinsipindən əl çəkməyib".
"Unikal" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa “European Truth” nəşrinə açıqlamasında deyib.
Xarici işlər nazirinə Donald Trampın münaqişəyə tezliklə son qoymaq planı kontekstində Rusiya prezidenti ilə birbaşa danışıqlara dair Ukraynanın mövqeyi ilə bağlı sual verilib.
Sibiqa bildirib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qadağa ilə bağlı qərarı “bu gün də” qüvvədə qalır.
2022-ci ilin payızında Zelenski Putinlə danışıqların mümkünsüzlüyünü bildirən fərman imzalayıb. Sənəddə Ukrayna lideri bəyan edib ki, "Kiyev dialoqa hazırdır, lakin "başqa Rusiya prezidenti ilə"".
Lakin 2024-cü ilin yayında Zelenski artıq Putinlə dinc danışıqların mümkünlüyünü etiraf etmişdi.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 15 Yanvar 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















