Ukrayna Qara dənizdə Rusiyanın 20 gəmisinə zərbə endirib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Ukrayna Qara dənizdə Rusiyaya məxsus 20 gəmini vurub.
APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, Azov dənizində Rusiyanın "kölgə donanması"na qarşı əməliyyatın ilk mərhələsi başa çatdıqdan sonra zərbələr Qara dənizə yönəldilib.
"Azov dənizində Rusiyanın kölgə donanmasına məxsus 116 gəmi hədəfə alındı və dəniz döyüşünün birinci mərhələsi başa çatdı. İndi isə növbə Qara dənizindir. Bu gün hesab 20:00-dır – 17 neft tankeri, 2 qaz tanker və 1 yedək gəmisi vurulub”, – Brovdi bildirib.
O əlavə edib ki, əməliyyatın rəsmi hesabatı və zərbələri təsdiqləyən videogörüntülər daha sonra yayımlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 15 İyul 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















