Ukrayna qırıcıları Saki” və “Qvardeyskoye” hərbi aerodromlarını bombaladı
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı qüvvələrinin qırıcıları Kerç boğazı ərazisindəki Rusiya hava hücumundan müdafiə sistemlərinə, eləcə də, “Saki” və “Qvardeyskoye” hərbi aerodromlarının infrastrukturuna zərbələr endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RBK-Ukraine” Ukrayna Təhlükəsizlik Xidmətinə istinadla məlumat yayıb.
İlkin məlumatlara görə, “Saki” hərbi aerodromunda təyyarə avadanlıqlarının saxlanılması üçün nəzərdə tutulan dörd anqara zərbələr endirilib.
Həmçinin, “Qvardeyskoye” aerodromunun infrastrukturu da zərbələrə məruz qalıb.
Digər tərəfdən, Kerç yaxınlığında iki S-400 zenit-raket sistemi, eləcə də iki “Pantsir-S1” zenit-raket və top sistemi də məhv edilib.
Ukrayna Təhlükəsizlik Xidməti qeyd edib ki, bu, “Alfa” xüsusi təyinatlı qüvvələri tərəfindən bu ərazidə məhv edilən dördüncü “Pantsir-S1” sistemidir.
Ukrayna Təhlükəsizlik Xidməti həmçinin, Rusiya ordusunun Krım səması üzərində nəzarəti itirdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:Krımdakı Saki hərbi aerodromuna zərbə endirilib
01 İyul 2026 17:25
Ukrayna “Saki” aerodromuna hücum edib Rusların xeyli sayda qırıcısı zərər görüb
04 Avqust 2025 15:05
Ruslar Ukrayna hərbi aerodromlarını vurdu
30 Noyabr 2024 14:02
Krımdakı Saki aerodromuna PUA hücumu edilib FOTO
28 Noyabr 2025 15:52
Ukrayna yenə Rusiya aerodromlarını vurdu
06 İyun 2025 15:00
Baxış sayı:156
Bu xəbər 24 İyun 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















