“Ukrayna qoşunları bu il 26 yaşayış məntəqəsini azad edib” Zelenski
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna qoşunları yanvar-avqust ayları ərzində Dnepropetrovsk, Donetsk və Zaporojye vilayətlərinin qovşağında - Oleksandrivka istiqamətində hücum zamanı əvvəllər Rusiya tərəfindən işğal edilmiş 26 yaşayış məntəqəsini geri alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin rəsmi sosial şəbəkə səhifəsində məlumat dərc olunub.
Bildirilib ki, bu barədə Zelenskiyə hərbi komandanlıq məlumat verib.
Zelenski qeyd edib ki, bu əməliyyat zamanı 745 kvadrat kilometr ərazi azad edilib və ən azı 9500 rus əsgəri öldürülüb və ya əsir götürülüb.
“Hücum əməliyyatımız tam olaraq planlaşdırıldığı kimi həyata keçirilib” - Zelenski qeyd edib.
O, əməliyyatın davam edib-etmədiyini dəqiqləşdirməyib.
Hesabatı Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixaylo Drapati, Baş Qərargah rəisi İqor Skibyuk və Hava-desant Hücum Qüvvələrinin komandanı Oleq Apostol təqdim edib.
Rusiya ordusu hələlik Ukrayna tərəfinin iddialarına münasibət bildirməyib. Rusiya prezidenti Vladimir Putin dəfələrlə Rusiya qoşunlarının bütün cəbhələrdə irəlilədiyini bildirib. Cəbhə xəttinin dəqiq yerini müstəqil şəkildə müəyyən etmək mümkün deyil.
Qərb analitikləri 2026-cı ilə qədər Rusiya qoşunlarının irəliləmə tempinin yavaşlayacağını qeyd edirlər.
Bu mövzuda digər xəbərlər:Ukrayna yaşayış məntəqəsini azad edib
08 Sentyabr 2025 09:45
Ukrayna ordusu yaşayış məntəqəsini azad edib
26 Fevral 2025 14:25
Ukrayna ordusu 4 yaşayış məntəqəsini azad edib
04 Oktyabr 2025 01:51
Ukrayna bu yaşayış məntəqəsini azad etdi
24 Mart 2026 20:03
Ukrayna bu il 26 kəndi azad edib
12 Avqust 2026 23:16
Baxış sayı:145
Bu xəbər 13 Avqust 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















