Icma.az
close
up
RU
Ukrayna rəsmi Vaşinqtondan münaqişənin həllinə dair ikinci sənəd də alıb

Ukrayna rəsmi Vaşinqtondan münaqişənin həllinə dair ikinci sənəd də alıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Kiyev, 24 noyabr, AZƏRTAC

Ukrayna dövləti sülh planı ilə yanaşı, rəsmi Vaşinqtondan münaqişənin həllinə dair ikinci sənəd də alıb.

AZƏRTAC xəbər verir ki, “RBK-Ukrayna”nın yaydığı məlumata görə, “Ukrayna üçün Təhlükəsizlik Təminatları üzrə Çərçivə Sazişi” adlı digər əlavə sənədin mətnində “NATO-nun 5-ci maddəsinin prinsipləri əsasında modelləşdiriləcəyi” bildirilir. Bu Çərçivə Sazişi üç bənddən ibarətdir.

Birincisi, Rusiya Federasiyasının Ukraynaya təkrar silahlı hücumu zamanı ABŞ Prezidentinin silahlı qüvvə, kəşfiyyat və maddi-texniki dəstək, iqtisadi və diplomatik tədbirlər və məqsədəuyğun hesab edilən digər addımlar tətbiq edə biləcəyini nəzərdə tutur.

İkinci bənddə göstərilir ki, NATO üzvləri - Fransa, İngiltərə, Almaniya, Polşa və Finlandiya ABŞ-la birgə hərəkət etməyi öhdələrinə götürürlər.

Üçüncü bənddə deyilir ki, bu Çərçivə Sazişi uzadılma imkanı ilə on il müddətində qüvvədə olacaq.

28 bəndlik sülh planında olduğu kimi, ABŞ-ın təhlükəsizlik təminatı ilə bağlı bu Çərçivə Şazişi də yekun deyil və çox güman ki, düzəliş ediləcək.

Xatırladaq ki, noyabrın 20-də ABŞ Ukrayna ilə bağlı 28 bəndlik sülh planını təqdim edib. Sənədə əsasən, Ukrayna Donbasdan çıxmalı, ordusunu azaltmalı, uzaqmənzilli silahlardan imtina etməlidir və s.

Bazar günü, noyabrın 23-də sənədin Kiyev üçün daha əlverişli olması üçün Cenevrədə ABŞ, Ukrayna və Avropa arasında məsləhətləşmələr keçirilib.

Danışıqlardan sonra Ukrayna və ABŞ sülh üçün yenilənmiş və yenidən işlənmiş çərçivə sənədi hazırlayıb və yaxın günlərdə birgə təkliflər üzərində intensiv işi davam etdirmək barədə razılığa gəliblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see279

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see222

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see193

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see148

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see144

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see140

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see139

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see133

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see129

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see128

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see126

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see126

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see126

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see125

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see124

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see124

Azərbaycana gələn erməni nümayəndələr Bakını gəzdilər Fotolar

22 Noyabr 2025 17:43see123

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see123

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see123

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri