Ukrayna Rostovdakı neft zavoduna zərbə endirib, yanğın başlanıb VİDEO
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Ukrayna Rusiyanın Rostov vilayətində “Novoşaxtinski” neft məhsulları zavodunda dron və raketlərlə zərbə endirib. Hücum nəticəsində yanğın baş verib.
Azpost.info bildirir ki, bu barədə Rostov vilayətinin qubernatoru vəzifəsini icra edən Yuri Slyusar məlumat verib.
Onun sözlərinə görə, təxminən gecə yarısı Rostov vilayətində yeddi PUA – altısı Taqanroqda, biri isə Batayskdavurulub. Qubernator daha sonra bildirib ki, gecə ərzində 30-dan çox pilotsuz təyyarə və üç raket bölgəyə hücum edib.
Slyusar hava hədəflərinin əksəriyyətinin vurulduğunu iddia edir. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri Bataysk, Taqanroq, Şaxtı, Kamensk, Millerovo və Novoşaxtinsk şəhərləri üzərində işləyib.
Rostov teleqram kanalları gecə saatlarında yanan zavodun videosunu yayıb. Yerli sakinlər çoxlu sayda partlayışdan danışıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 19 Dekabr 2024 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















