Ukrayna Rusiya ərazisindəki hədəfləri vurmaq imkanı qazanacaq
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Almaniya Böyük Britaniya, Fransa və ABŞ-dən sonra Kiyevə verilən raketlərin mənzilinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz "WDR" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu qərar Ukraynaya Rusiya ərazisindəki hədəfləri vurmaq imkanı verəcək. Merz qeyd edib ki, bu imkan “müəyyən bir nöqtəyə qədər” məhdudlaşdırıla bilər.
Avropa və ABŞ tərəfindən verilən bu qərar Ukraynaya bir neçə növ uzaqmənzilli silahlarla təminat çərçivəsində həyata keçirilir. Ukraynanın Su-24 bombardmançılarının daşıdığı “Storm Shadow” raketləri Çerniqov üzərindən hava məkanından buraxılarsa, nəzəri olaraq Rusiyanın Tula şəhərinə çata bilər. Bununla yanaşı, Yelets, Voronej və Smolensk kimi digər şəhərlər də mümkün zərbə məsafəsində yerləşir.
Qərbin bu addımı Rusiya ilə qarşıdurmanın növbəti mərhələyə keçə biləcəyini göstərir. Ukrayna isə bu qərarı öz müdafiə və əks-hücum strategiyasının mühüm elementi kimi qiymətləndirir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 26 May 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















