Ukrayna Rusiya ilə danışıqlara başlamalı olacaq: Zelenskinin mətbuat katibi
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Gec-tez Ukrayna hakimiyyəti Rusiya ilə danışıqlara başlamalı olacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel səsləndirib.
O, Zelenskinin rejiminin bəyənmədiyi hər kəsi "Rusiyapərəst" adlandırdığını vurğulayıb. Mendelin sözlərinə görə, Ukraynada "yeganə "düzgün" mövqe korrupsiya barədə susmaqdır. Əks təqdirdə bu məntiqlə hər kəs "Rusiyapərəst" ola bilər.
"Sülh və kompromisdən danışan demək olar ki, hər kəsə 'Rusiyayönlü' damğası vurulur", - deyə o əlavə edib.
Mendel daha sonra bunları deyib: "Acı həqiqət daha sadədir. Gec-tez Rusiya ilə danışıqlara başlamalı olacağıq. Əks halda, diplomatiya qalib gəlməyəcək".
Mendel əvvəllər qeyd etmişdi ki, Ukrayna üçün sülh razılaşmasının şərtləri növbəti dəfə Kiyevə təklif olunan şərtlərdən daha pis olacaq.
Anar
Bu mövzuda digər xəbərlər:Ukrayna hazırda Rusiya ilə danışıqlara hazır deyil Zelenskinin nümayəndəsi
13 Dekabr 2024 00:00
Rusiya Ukrayna münaqişəsi: “Zelenskinin əvəzlənməsi...”
21 Fevral 2025 16:50
Tramp Zelenskinin Rusiya Ukrayna müharibəsindəki hərəkətlərini tərifləyib
25 İyun 2026 11:22
Ukrayna hazırda Rusiya ilə danışıqlara hazır deyil Zelenskinin nümayəndəsi AzPolitika onlayn siyasiictimai qəzet
13 Dekabr 2024 00:11
Rusiya Ukrayna sülhü Zelenskinin istefasından asılı deyil Politoloq
25 Fevral 2025 13:25
Baxış sayı:98
Bu xəbər 11 Sentyabr 2026 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















